7 C
Baku
Thursday, December 12, 2024

Əmək haqqı üzrə mühasib – Chenot Palace Gabala

0
Əmək haqqı üzrə mühasib – Chenot Palace Gabala
Qəbələ
21.12.2023

Vakansiyanın təsviri

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
  • Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və yoxlanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
  • Maliyyə Nəzarətçisi tərəfindən xüsusi sahə üçün müəyyən edilmiş vəzifələri Baş Mühasib və ya Böyük Mühasibin nəzarəti altında həyata keçirmək.
  • Bütün əmək haqqı xərclərini yoxlamaq, şöbələr üzrə düzgün bölüşdürmək və sistemə daxil etmək.
  • Əmək haqqı ödənişlərini mehmanxananın siyasət və proseduralarına uyğun şəkildə təşkil etmək.
  • Bütün ödəniş sənədlərinin məntiqi qaydada nizamlanmasını və təhlükəsiz şəkildə mühafizəsini təmin etmək.
  • Rəhbərliyin göstəriş və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirilməsi.
  • Ay sonu proseduralarına riayət etmək və xərclərin müəyyən edilməsinə kömək etmək.
  • Təlim imkanları
  • Qonaqlama
  • Qidalanma (işçi yeməkxanasında)
  • Servis xidməti.

Xüsusi tələblər

  • Maliyyə, Mühasibat uçotu və Audit, İqtisadiyyat üzrə ali təhsil;
  • Hotel sahəsində maliyyə təcrübəsi arzuolunandır;
  • Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;
  • 1C, MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);
  • AR Vergi və Əmək məcəllələri, AR Mühasibat uçotu haqqında qanun  üzrə fundamental biliklər;
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib