Bakı
10.05.2024
İşin təsviri:
- Əmək Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək haqqını hesablamaq;
- İşçilərin məzuniyyət haqqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, ezamiyyə və son haqq-hesab. ödənişlərinin hesablanması və ödənişi.
- Əmək qabiliyyətinin olmaması və ezamiyyə vərəqələrinə əsasən müvafiq hesablamalar aparmaq;
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatları aparmaq;
- İş vaxtından artıq saatların araşdırılması və iş saatlarının optimallaşdırılmasını təmin etmək;
- Əmək haqqına təsir edən amilləri araşdırmaq və təhlil etmək;
- Əmək qanunvericiliyindən və daxili qaydalardan irəli gələn sənədləşmə işini aparmaq
- İşçilərin gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi.
- İşçilərdən məhkəmə, icra sənədi əsasında tutulma edilməsi və aidiyyatı üzrə ödənilməsi.
- İşçilər tərəfindən müraciətlər əsasında avans ödənişlərin təşkil edilməsi.
- Əmək haqqı üzrə işçilər tərəfindən müraciətlərin araşdırılıb cavablandırılması
- Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunmasını həyata keçirmək;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra etmək;
- Vahid vergi bəyannaməsini tərtib etmək;
Tələblər:
- Maliyyə, İqtisadiyyat və ya Biznesin İdarəedilməsi sahəsi üzrə Ali təhsil
- Maliyyə və Mühasibat sahəsində 2 ildən çox iş təcrübəsi
- Əmək haqqı və mükafatların hesablanması üzrə ən azı 1 il təcrübə
- Mühasibat uçotu
- Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)
- 1C programı
- MS Office
- Zamanın idarəolunması
- Detallara diqqət
- Analitik düşüncə
- Ünsiyyət bacarıqları
İş şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
- Nəqliyyatla (servis avtobus) təmin edilir;
- Mobil nömrə və danışıq limiti.
- İş qrafiki: 6 günlük
- İş yeri: Qaradağ rayonu, Səlyan şos., 16-cı km.
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Əmək haqqı üzrə mühasib” yazmaqla CV göndərərək müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |