Bakı
16.10.2024
“Meqa Sığorta” ASC Sığorta hadisələri tənzimlənməsi departamentinə yeni komanda üzvlərini dəvət edir.
Namizədlərə olan tələblər:
- Təhsil: Ali.
- Qanunvericilik bilikləri: Mülki Məcəllənin 50 fəsli və İcbari sığortalar haqqında qanun.
- İş təcrübəsi: Sığorta hadisələrinin tənzimlənməsi üzrə Əməliyyat işlərində – 1 il.
- Kompüter bacarıqları: Microsoft Office Word və Excel – sərbəst istifadəçi.
- Dil bilikləri: Azərbaycan, rus dilində ünsiyyət saxlaya bilmək – arzuolunandır.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: təhlil etmə, yazılı və şifahi kommunikasiya, komanda da işləmək bacarığı, operativlik, intizamlılıq, dəqiqlik və məsuliyyət.
Əsas vəzifə öhdəlikləri:
- Baş vermiş sığorta hadisəsini sənəd üzərindən araşdırmaq.
- Sığorta hadisəsi ilə bağlı sığortalı və zərərçəkənlərlə əlaqə yaratmaq, fikirlərini dinləmək, suallarını cavablandırmaq, prosesi izah etmək.
- Müştəri məmnuniyyətini qorumaq.
- Sığorta hadisəsi sənədlərini ödənişə hazırlanmaq, proqrama işləmək və elektron qaydada arxivləşdirmək.
- Gündəlik olaraq sığorta hadisələrinin uçotunu aparmaq.
- Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: namizədin təcrübə və səriştəsinə uyğun olaraq müəyyən olunur.
- İş vaxtı: 09:00-dan 18:00 –dək olmaqla 5 günlük iş həftəsi.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlarına uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşula bilmək imkanı.
- “Meqa Sığorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Əməliyyat – Mütəxəssis” qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.
Müsahibəyə vakansiya tələblərinə uyğun gələn namizədlər dəvət olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |