Bakı
12.12.2025
“İnternational-Leasing” ASC Əməliyyatçı-mühasib vakansiyası elan edir
Vəzifə öhdəlikləri
- Avtomobil lizinqi üzrə daxil olan müraciətlərin qəbul edilməsi və kredit komitəsi üçün sənədlərin düzgün hazırlanması (və yönləndirilməsi)
- Müştəri tərəfindən təqdim olunan sənədlərin yoxlanılması, düzgünlüyünün və tamlığının təsdiqi
- Kredit/lizinq müqavilələrinin hazırlanması, imzalanması üçün müştəriyə təqdim edilməsi
- Müvafiq əməliyyatların daxili proqramda və ya bank/maliyyə təşkilatının sistemində dəqiq icra olunması
- Lizinq ödənişlərinin qaimə şəklində işlənilməsi
- Etibarnamələrin hazırlanması
- Müştərilərə lizinq şərtləri üzrə məlumat vermək, Müştəri sorğularına operativ və nəzakətli cavab verilməsi
- Satış komandası, qiymətləndiricilər, sığorta şirkətləri və digər aidiyyəti şöbələrlə koordinasiya
Tələblər:
- Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
- Bank və BOKT-larda 1 ildən yuxarı iş təcrübəsi;
- Proqres əməliyyat sistemi üzrə təcrübəsi olanlara üstünlük verilir
- Mühasibatlıq bilikləri və təcrübəsi üstünlük hesab edilir.
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
- Əmək haqqı namizədin bilik və bacarıqlarına görə müəyyən ediləcək
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək istədiyiniz filialı qeyd edərək (məsələn “Əməliyatçı-mühasib”, elektron poçt ünvanına ( [email protected] ) CV göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Mühasib |



