10 C
Baku
Thursday, December 11, 2025

Əməliyyatçı (Quba) – “İnternational” BOKT

0
Əməliyyatçı (Quba) – “İnternational” BOKT
Quba
05.12.2025

“İnternational” BOKT ASC Quba filialı üzrə Əməliyyatçı vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri

  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
    • Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
    • Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
    • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Tələblər:

  • Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
    • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
    • Təcrübə: Bank və BOKT-larda təcrübəsi olanlara üstünlük verilir;
    • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
    • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
    • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
    • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək  istədiyiniz filialı qeyd edərək (məsələn  “Əməliyatçı Quba filialı”, elektron poçt ünvanına ( [email protected] )  CV göndərmələri xahiş olunur.

 

 

 

 

 

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Əməliyyatçı