Bakı
01.05.2024
Vakansiyanın təsviri
“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Sabirabad filialına Əməliyyatçı vəzifəsinə işçi axtarışı elan edir
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
- Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Xüsusi tələblər
- Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
- Təcrübə: bank sahəsində əməliyyatçı olaraq2 il;
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Əməliyyatçı – Sabirabad filialı” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Müraciət etmək üçün: [email protected]