Şabran
05.12.2025
“İnternational” BOKT ASC Şabran filialı üzrə Əməliyyatçı vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Tələblər:
- Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
• Təcrübə: Bank və BOKT-larda təcrübəsi olanlara üstünlük verilir;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər əlaqə saxlanılacaq. CV-lərini mövzu sətrində vəzifənin başlığını və işləmək istədiyiniz filialı qeyd edərək (məsələn “Əməliyatçı Şabran filialı”, elektron poçt ünvanına ( [email protected] ) CV göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
| Kateqoriya | Əməliyyatçı |



