Ağdaş
     
24.02.2025
    Vakansiyanın təsviri
“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Ağdaş filialına Əməliyyatçı xəzinədar vəzifəsinə işçi axtarışı elan edir
- Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
 - Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
 - Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
 - Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
 
Xüsusi tələblər
- Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
 - Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
 - Təcrübə: bank sahəsində əməliyyatçı olaraq 2 il;
 - Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
 - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
 - Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
 - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
 - Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
 
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Əməliyyatçı – Xəzinədar Ağdaş filialı” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Bank və BOKT işçisi, Əməliyyatçı | 


