20 C
Baku
Thursday, October 3, 2024

Əməliyyatlar üzrə mütəxəssisi – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC

0
Əməliyyatlar üzrə mütəxəssisi – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC
Bakı
31.07.2024

Əməliyyatlar üzrə mütəxəssisin vəzifəsinin profilinə aşağıdakılar daxildir:

  • İş yeri: Ələt;
  • Ali təhsil ( Nəqliyyatda daşımalar və yükaşırma işlərinin təşkili mühəndisliyi, Biznes analitika və oxşar ixtisaslar arzuolunandır);
  • MS Office proqramları, xüsusən MS Excelin sərbəst istifadəsi;
  • İngilis və rus dillərindən ən azı biri (arzuolunandır);
  • İş təcrübəsi (Logistika və nəqliyyat sahəsi üzrə ən azı 1 il arzuolunandır).

 Bilməlidir:

  • Beynəlxalq yükdaşıma sənədlərini tanımalı və oxuya bilməli;
  • Yükaşırma avadanlıqlarını tanımalı və əməliyyatları bilməli.
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını bilməsi arzuolunandır.

Davranış bacarıqları:

  • Məsuliyyətli və etibarlı iş;
  • Danışıqların aparılması, yüksək ünsiyyət bacarığı;
  • Təqdimat bacarıqları;
  • Təhlil bacarıqları.

Öhdəliklər:

  • Şturman hesablarının və tərtib edilmiş vaqon vərəqələrinin vaxtında verilməsini izləmək, göndərilən yüklər üçün sifarişləri, tapşırıqları rəhbər tutaraq onları işləmək;
  • Tərəzidə çəkilmiş nəqliyyat vasitələrinə nəzarət etmək və sənədləşdirmək;
  • Yükləri anbara qəbul etmək və anbardan müvafiq qaydada yola salmaq, yola salınmış yükləri nəzərə almaqla qalıq yüklərin məlumatının hazırlanmasında iştirak etmək;
  • Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Terminal üzrə həyata keçirilmiş əməliyyatlar barədə bütün dataları toplamaq, analiz edərək müvafiq hesabatları hazırlamaq;
  • Yükaşırma əməliyyatlarına nəzarət etmək, resurs planlaşdırılmasında və növbəyə çıxan işçi sayının planlaşdırılmasında köməklik etmək;
  • ÜYT tərəfindən təyin edilmiş məqsədlərə nail olmaq və məqsədlərə nail olmaq üçün səy göstərmək və müvafiq təkliflər vermək;
  • Yükaşırma prosesində iştirak edən digər struktur bölmələrə və podratçı şirkətlərə nəzarət etmək və hər hansı problem yaranarsa müvafiq tədbir görmək;

Qeyd: Nəqliyyat, qida və digər qurum daxili xidmətlərlə təmin ediləcəkdir. 

Tələblərə cavab verən namizədlər mail adresinə “Əməliyyatlar üzrə mütəxəssis”  yazaraq öz cv-lərini göndərə bilərlər.

Müraciət üçün son tarix 10 avqust 2024-cü il. 

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər