10 C
Baku
Wednesday, December 11, 2024

Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis – Naxtel

0
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis – Naxtel
23.02.2024

Vakansiyanın təsviri

  • Əməyin mühafizəsi, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, qaydalarına riayət edilməsini təmin etmək;
  • Müəssisənin bölmə rəhbərləri və mütəxəssislərlə əlaqəli şəkildə müəssisədə əmək şəraitinin və əməyin mühafizəsinin daha da yaxşılaşdırılması üzrə illik tədbirlər planı hazırlayır və təsdiq olunması üçün rəhbərliyə təqdim edir;
  • Yuxarı təşkilatların və nəzarət orqanlarının əməyin mühafizəsi və yanğından mühafizə üzrə göstərişlərinin yerinə yetirilməsi, yoxlamalar nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planı hazırlayır və baxılması üçün rəhbərliyə təqdim edir;
  • İstehsalat xəsarətlərinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırmasını təşkil edir;
  • Müəssisənin bölmə rəhbərləri ilə birlikdə istehsalat xəsarətlərini təhlil edir və  istehsalat xəsarətlərinin qarşısının alınması üçün tədbirlər görür;
  • Lazım olan hallarda istehsalat binalarında hava şəraitinin, mikroiqlimin, küyün, vibrasiyanın və istehsalat şəraitinin digər amillərinin əlavə yoxlanmasını təşkil edir;
  • Köhnəlmiş mühafizə vasitələrinin təkmilləşdirilməsi, yeni vasitələrin tətbiqi haqqında təkliflər hazırlayır (çəpərləmə, müdafiə qurğuları, ventilyasiya sistemləri, işıqlandırma, işarəvermə və s.);
  • Əməyin mühafizəsinin öyrədilməsini və təbliğini təşkil edir, əməyin mühafizəsi üzrə məşğələlərin keçirilməsi, işçilərin ƏM üzrə biliklərinin yoxlanmasını təşkil edir və bu işin cədvəlini hazırlayır;
  • Giriş təlimatını aparır.
  • Qurğu və avadanlığın vaxtında sınmasına, qoruyucu vasitələrinin və mühafizə qurğularının yoxlanılmasına, kollektiv mühafizə vasitələrinin sazlığına nəzarət edir;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət edir;
  • Yüksək təhlükəli obyekt və avadanlıqlara, habelə təhlükəsizlik və nəzarət cihazlarının istismarı zamanı texniki sənədləşdirilmənin düzgün aparılmasına nəzarət edir;
  • Fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə, sınanmasına və onlardan düzgün istifadə olunmasına nəzarət edir;
  • AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:

Xüsusi tələblər

  • Müvafiq ali texniki təhsil;
  • Sahə üzrə tələb olunan sertifikatların mövcudluğu;
  • Əməyin mühafizəsi üzrə yerli və beynəlxalq standartların mükəmməl bilməsi;
  • Planlama, analiz və idarəetmə bacarığı;
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
  • Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işlərini bilməlidir.
  • Əmək haqqı: 2000 AZN
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT