31 C
Baku
Monday, July 22, 2024

Energetika şöbəsinin müdiri – Aztelekom

0
Energetika şöbəsinin müdiri – Aztelekom
Bakı
02.03.2023

Əsas vəzifə və öhdəlikləri:

  • Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə   enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün  sənədləri Departament və  “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin  (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
  • Şəbəkədə istismarda olan texnoloji  avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasına nəzarəti təmin edir.
  • Enerji  şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini;  (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz  olunması vəs. təmin edilməklə);
  • Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik  bağlantıların verilməsinin təşkili;
  • Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
  • AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
  • “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
  • Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və  müəyyən   olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
  • Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması.
  • Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
  • Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
  • Bina təsərrüfatlı elektrik sistemləri – İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
  • Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
  • Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır,  Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə  razılaşdırır və icrasını təmin edir.
  • Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;

Kvalifakasiya üzrə tələblər və bacarıqlar:

  • Energetika  və ya  Rabitə və İnformasiya Texnologiyaları  sahəsində Ali Təhsilli
  • Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
  • Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
  • Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını  bilməlidir.
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini  bilməlidir;
  • Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
  • Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
  • Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı  şirkətə məxsus avtomobilləri  idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
  • Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa)  malik olmalıdır;
  • Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid  programlarını bilməlidir,

İş haqqında məlumat:

  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • iş vaxtı: 09:00 – 18:00
  • iş yeri/şəhər: Gəncə, Masallı, Şamaxı, Sumqayıt, Ağdaş və Şirvan şəhərləri

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində Energetika şöbəsinin müdiri vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son müraciət tarixi: 01.04.2023.

İşin aid olduğu sahə

KateqoriyaİT