Bakı
02.03.2023
Əsas vəzifə və öhdəlikləri:
- Şöbə müdirinin əsas öhdəliyi birbaşa rəhbərin nəzarəti altında regional filal üzrə enerji sistemlərinin İstismarı prosesinə aid olan bütün sənədləri Departament və “Aztelekom MMC-nin texniki deparatmentin Energetika şöbə rəhbərinin (bundan sonra Baş idarənin TD/ EŞ-si) təsdiqi ilə yaradıb, daim təkmilləşdirməyindən və onlara riayət edilməsindən, şəbəkənin istismarı asan olan müasir texnoloji avadanlıqlarla təkmilləşdirilməsindən və istismar proseslərinə riayət edilməsindən ibarətdir;
- Şəbəkədə istismarda olan texnoloji avadnlıqların profilaktik iş planlarını hazırlayır Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasına nəzarəti təmin edir.
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir. Enerji kəsintisi ilə əlaqəli yaranan vəya ehtimal olunan qəzaların aradan qaldırılması ilə əlaqədar olaraq 7 gün / 24 saat iş zamanına uyğun fəaliyyətinin təmini; (əmək qanunvericiliyə uyğun olunmaqla iş saatlarının əvəz olunması vəs. təmin edilməklə);
- Baş idarənin TD/ EŞ daxil olmuş istəyə uyğun olaraq yeni elektrik avadanlığının quraşdırma və digər enerji işlədici avadanlıqlara elektrik bağlantıların verilməsinin təşkili;
- Elektrik sayğacı- texniki şərtin alınması, quraşdırılmasına nəzarət, aktlar, metodiki hesabatlar, sayğacın düzgün işləməsinə nəzarətin təmini, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- AC və DC qoşuntusu verilmiş digər şirkətlərin enerji sərfiyyatını müqaviləyə, ayrılmış limitə uyğun təmin edilməsi, hesabatların Departament və Baş idarənin TD/ EŞ-nə təqdim edilməsi;
- “Şöbə müdiri”, işçiləri tərəfindən öz vəzifə öhdəliklərinin və daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinin təmin edilməsi üzrə tədbirlər görür;
- Şöbəsinin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada birbaşa rəhbərinə hesabat təqdim edir;
- Şöbələr üzrə EQQ-rının əsaslı təmirə ehtiyyac olduqda filal energetika şöbəsindən əlavə mütəxəssisin cəlb olunması və ya sıradan çıxan detalın təmirinin təşkil edilməsi ilə əlaqəli Departament və Baş idarənin TD/ EŞ-nə təkliflərin tədim olunması.
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımın təşkili;
- Torpaqlanma sistemlərinin baxımı və istismarının təşkili. Təlimata uyğun olaraq torpaqlanma müqavimətinin ölçülməsi və hesabatın verilməsi;
- Bina təsərrüfatlı elektrik sistemləri – İstismarı, proflaktikası, təmiri, yeni elektrik qoşulmalarının təşkili;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların İstismarı, proflaktikası, təmiri. Dayanıqlı enerji təminatı ilə əlaqəli təkliflərin verilməsi;
- Dizel-Generator şəbəkəsində istismarda olan texnoloji avadanlıqlar üçün profilaktik iş planları, cari təmir planlarını işləyib hazırlayır, Departament və Baş idarənin TD/ EŞ rəhbəri ilə razılaşdırır və icrasını təmin edir.
- Şöbənin fəaliyyətinin keyfiyyətinin artırılması məqsədi ilə, tabeçiliyində olan personala dəstək olur;
Kvalifakasiya üzrə tələblər və bacarıqlar:
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali Təhsilli
- Energetika üzrə ən azı 4 il təcrübəsi olmalıdır;
- Rəhbərlik üzrə ən azı 3 il əmək stajına malik olmalıdır;
- Qida qurğuları avadanlıqlarının istismar Təlimat və Qaydalarını, stuktur sxemlərini və digər istismar Təlimat və Qaydalarını bilməlidir.
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinspial və funksional sxemlərini, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini bilməlidir;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqlarda baş vermiş zədələnmələrin aradan qaldırılması üçün texniki personalın istifadə etdiyi mövcud istismar təlimatlarını mükəmməl bilməlidir
- Şəbəkənin layihələndirilməsini bilməlidir. Şəbəkənin layihə smetasını və planını tərtib etmə bacarığına malik olmalıdır.
- Sürücülük vəsiqəsinin olması və qəza halları zamanı şirkətə məxsus avtomobilləri idarə edə biləcək namizədlərə üstünlük veriləcək;
- Təhlükəsizlik texnikasından ən azı 4-cü qrupa (min-m 3-cü qrupa) malik olmalıdır;
- Kompyuter bilikləri üzrə : MS Office , Outlook və Qida qurğularının istismarına aid programlarını bilməlidir,
İş haqqında məlumat:
- 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
- iş vaxtı: 09:00 – 18:00
- iş yeri/şəhər: Gəncə, Masallı, Şamaxı, Sumqayıt, Ağdaş və Şirvan şəhərləri
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Energetika şöbəsinin müdiri” vakansiya adını, müraciət olunan iş yeri/şəhər adı və CV-də şəxsi məlumatlar hissəsində minimum əmək haqqı gözləntilərini qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 01.04.2023.
İşin aid olduğu sahə
Kateqoriya | İT |