Cəlilabad
24.01.2024
“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Cəlilabad filialı üçün Filial müdiri vəzifəsinə işçi axtarışı elan edir.
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
- Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
- Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
- Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
- Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
- Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
- Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Tələblər
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Ali təhsil
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
- Yaş həddi 30-50 (yalnız bəy namizədlər)
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 09:00 – 18:00
- Ə/h: 800-1200 AZN + əməkhaqqının iki misli qədər bonus əldə etmək imkanı
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial müdiri” başlığı ilə [email protected] elektron ü̈nvanına göndərməkləri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Filial müdiri |