İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir şəhərində fəaliyyət göstərəcək filialı üçün Filial rəhbəri vəzifəsinə vakant yer elan edir.
Vəzifə öhdəlikləri:
• Müvafiq xəstəxanalarda sığorta işinin təşkili sahəsində metodiki köməkliyin göstərilməsi;
• Vətəndaş müraciətlərinə baxılması və şikayətlərin yerində araşdırılması;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması məqsədilə monitorinqin aparılması;
• Xəstəxanalarla bağlanmış müqavilələrin icrasına nəzarətin həyata keçirilməsi və tələblərin təmin edilməsi barədə Agentliyə məlumatın təqdim edilməsi;
• Agentlik tərəfindən verilmiş səlahiyyət əsasında və müəyyən edilmiş qaydada tibbi ekspertiza işinin aparılmasının təmin edilməsi;
• Tibb müəssisələrində icbari tibbi sığorta ilə bağlı proseslərin avtomatlaşdırılmasına, habelə icbari tibbi sığorta sahəsinin İT infrastrukturunun təkmilləşdirilməsinə dəstək göstərmək;
• Heyətə effektiv rəhbərliyin təmin edilməsi;
• Filialın səmərəli işinin təmin edilməsi;
• Agentliyin İdarə Heyətinə filialın fəaliyyəti, çatışmazlıqlar və s. barədə mütəmadi hesabatın təmin edilməsi.
Vəzifə üçün tələblər:
• Ali tibb təhsili (namizədin tibb təhsili ilə yanaşı ali iqtisadi və ya ali hüquq təhsilinin olması arzuolunandır);
• 5 ildən az olmayaraq əmək stajı (tibb müəssisələrinin idarəedilməsi sahəsində, inzibati sahədə iş təcrübəsi arzuolunandır);
• Səhiyyə sahəsində mövcud qanunvericilik üzrə biliklər;
• İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları;
• Satınalma, təchizat, müqavilə proseslərindən xəbərdar olmaq;
• Ofis proqramları üzrə biliklər.
Maraqlanan namizədlər CV-lərini 28 may 2020-ci il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Filial müdiri, Sığorta |