Bakı
25.11.2021
Namizədə dair tələblər:
- İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.
İşin təsviri:
- Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət edilməsi;
- Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərini doldurur və müvafiq dəyişikliklərin edilməsi;
- Rəhbərlik tərəfindən tələb olunan filial/şöbələrin fəaliyyəti ilə bağlı və digər məlumatların təqdim edilməsi;
- İxrac təşviqinin ödənilməsi ilə əlaqədar köçürmələri təsdiq edən bank sənədlərinin təsdiq və təqdim olunması;
- Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
- Şöbə tərəfindən tərtib edilmiş və tələb olunmuş hesabatları kurasiyasında olan filial /şöbələrdən toplanması;
- Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualları şöbənin səlahiyyətləri çərçivəsində olduqda cavablandırılması, şöbənin səlahiyyətləri çərçivəsində olmadıqda müvafiq struktur bölmələrə yönləndirilməsi;
- Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərini təşkil edir, görüşlərin nəticələrini hesabat formasında rəhbərliyə təqdim edilməsi;
- İdarə rəisinin və şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirilməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |