AFB Bank Filialların idarə edilməsi strukturuna mütəxəssis/aparıcı mütəxəssis vəzifələrinə vakansiya elan edir.
Vəzifə: Mütəxəssis/Aparıcı mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu ediləndir);
• Bank sektorunda ən azı 1-2 il iş təcrübəsi;
• Müştəriyönümlü və nəticə yönümlü olmaq;
• Azərbaycan dilini mükəmməl bilmək (ingilis dilini bilən şəxslərə üstünlük verilir),
• MS Office proqramları ilə yüksək səviyyədə işləmək bacarığına malik olmaq;
• Yüksək kommunikasiya qabiliyyətinə malik olmaq;
• Gərgin şəraitdə işləməyi bacarmaq;
İŞİN TƏSVİRİ:
• Filial və şöbələrdə yaranan problemləri öz səlahiyyətləri çərçivəsində həll etmək, onların aradan qaldırılması ilə bağlı Rəhbərinə təkliflər vermək;
• Bankın filial və şöbələrinin fəaliyyəti ilə bağlı onlarla Bankın aidiyyəti strukturları arasında, eləcə də öz aralarında əlaqələndirməni təşkil etmək və bu əlaqələri tənzimləmək;
• Bankın filial və şöbələrində işin təşkili və idarə edilməsi ilə bağlı məlumat toplamaq;
• Filial və şöbələrin fəaliyyəti ilə bağlı müəyyən edilmiş hədəflərin, planların, qəbul edilmiş qərarların, əmrlərin və göstərişlərin icrasına nəzarət etmək;
• Təsdiq edilmiş monitorinq qrafiklərinə uyğun olaraq Bankın filial və şöbələrində yerində və məsafədən monitorinqlərin həyata keçirilməsini təmin etmək;
• Bankln filial və şöbələrinin fəaliyyəti ilə bağlı daxil olan irad və şikayətləri araşdırmaq, təqib etmək, bununla əlaqədar Bankın aidiyyəti struktur bölmələri ilə məlumat mübadiləsi aparmaq və Rəhbərinə məlumat vermək;
• Öz fəaliyyəti ilə bağlı menecerə və Struktur direktoruna gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat vermək;
• Öz fəaliyyətini Strukturun digər əməkdaşları ilə əlaqəli şəkildə qurmaq, bunun üçün məlumat, bilik və təcrübə mübadiləsinin aparmaq;
• Özünün fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət edilən vəzifəyə uyğun olaraq “Filialların idarə edilməsi strukturunun mütəxəssisi/aparıcı mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |