Françayzinq-Mühasibatlıq Bölmə Müdiri – Araz Supermarket

    Bakı
    Posted 3 weeks ago

    Araz Supermarketlər şəbəkəsi Françayzinq-Mühasibatlıq Bölmə Müdiri vakansiyası üzrə işə qəbul elan edir!

    Tələblər :

    – Ali təhsil (Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə);
    – Vergi uçotu sahəsində 5 ildən artıq iş təcrübəsi;
    – Vergi, Əmək məcəlləsini və Normativ hüquqi aktları bilməli;
    – Yüksək səviyyədə MS Excel bilikləri;
    – Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
    – Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

    Vəzifə öhdəlikləri :

    – Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
    – Gəlir, ƏDV, Mənfəət, əmlak vergisi və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
    – Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
    – Mühasibat uçotuna nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edilməsi.
    – Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin uçotunu təşkil etmək
    – Pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
    – Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət
    – Kreditor və debitorlar ilə hesablaşmaların aparılması

    Təminatlar:

    – Nahar ilə təmin edilmə;
    – Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
    – 5 günlük iş qrafiki.
    – Servis xidməti;

    Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Françayzinq-Mühasibatlıq Bölmə Müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.