4 C
Baku
Thursday, February 22, 2024

Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə) – Araz Supermarket

0
Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə) – Araz Supermarket
Bakı
23.06.2020

Araz Supermarketlər Şəbəkəsi Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə) vakansiyası üzrə işə qəbul elan edir!

İş yeri: Bakı

Vəzifə öhdəlikləri:

– Aylıq istehal olunmuş məhsulların maya dəyərlərinin düzgün formalaşmasının izlənməsi və nəzarət edilməsi;
– Mövcud reseptlərdə maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanması;
– Məhsullar üzrə reseptura maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqaisənin aparılması;
– Mühasibatlıq sənədlərinin olduğu kimi qorunub saxlanmasını təmin etməli, müəyyən olunmuş qaydaya əsasən onların arxivə ötürülməsini həyata keçirməli;
– Aidiyyatı sahə üzrə rəhbər şəxslərin digər tapşırıqlarını həyata keçirməlidir.

Tələblər:

– Ali təhsil (İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə);
– Böyük ticarət şəbəkələrində və ya istehsal sahələrində 1 illik iş təcrübəsi;
– Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı, baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək bacarıqlarının olması;
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
– ERP sistemləri üzrə bilik və təcrübəli olmalı, MS Excel üzrə biliklərə sahib olmalı, LOGO proqram təminatı biliyi üstünlükdür;
– Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;
– Reseptura ilə kalkulyasiya hesablama təcrübəsi, istehsalat təcrübəsi;

Təminatlar:

– Servis xidməti;
– Nahar ilə təmin edilmə;
– Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
– 5 günlük iş qrafiki.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Gəlir və xərclər üzrə mühasib (istehsalat üzrə)” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] və [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib