Gəncə nümayəndəliyində Qəza komissarı – assistenti – PAŞA Sığorta

    Gəncə
    Posted 2 months ago

    PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Gəncə nümayəndəliyində Qəza komissarı – assistenti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

    Vəzifə və Öhdəliklər:

    • Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
    • Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
    • Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
    • Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
    • İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi;
    • Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
    • Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi;
    • Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək;
    • Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır;
    • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

    Bilik və bacarıqlar:

    • Ali təhsil;
    • Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
    • Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
    • Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus dili biliyinin olmasına üstünlük verilir;
    • Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi;
    • Ünsiyyət qurmaq bacarığı;
    • Komanda ilə işləmək bacarığı;
    • Müştərilərlə iş üsulları biliyi.

    Son müraciət tarixi: 13 aprel, 2020.

    Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

    Job Features

    Job CategorySığorta

    Apply Online