“Kredit Evi” QSC “Gəncə” filialı üçün “Xəzinədar” vakansiyası elan edir.
“Xəzinədar” üçün tələblər:
Yaş həddi: 21-30 yaş
Cins: Qadın
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat. maliyyə və mühasibat arzu olunandır);
- İş təcrübəsi: 1 ildən yuxarı (Xəzinədar vəzifəsi üzrə);
- Azərbaycan və rus dillərində səlis danışıq bacarığı
- Nağd pulla intensiv işləmə bacarığı;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik.
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər vəsaitlərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması
- Müştərilərə xəzinə xidməti göstərilməsi.
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması.
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi.
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Gəncə – Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |