Gəncə
17.02.2022
Vakansiya haqqında məlumat:
Gəncə filialı üzrə Universal satış məsləhətçisi
Təsvir
- Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərə bank hesabları açmaq;
- Qüvvədə olan qanunvericiliyə uyğun, müvafiq prosedurlar əsasında fiziki şəxslərin bank hesabları üzrə əməliyyatlar aparmaq;
- Depozitlərin növü, şərtləri, tətbiq edilən faiz dərəcələri haqqında müştərilərə məlumat vermək, müvafiq prosedurlara uyğun olaraq depozitləri qəbul etmək:
- Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
- Bankın təklif etdiyi mәhsul və xidmətlərinə dair müştərilərin tәklif və iradlarını qəbul etmək, filial rəhbərinə çatdırmaq;
- Bankın xidmət şəbəkəsi (filiallar, bankomatlar, POS-terminallar və s.) barəsində məlumatlar vermək;
- İstehlak krediti almaq məqsədilə müraciət etmiş müştərilərin kredit müraciətlərini təhlil etmək;
- Müştərinin maliyyə analizini həyata keçirmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək.
Tələblər
- Ali təhsil (iqtisadi olması arzuolunandır);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməsi (İngilis dili arzu olunandır);
- Analitik düşünmə qabiliyyəti;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarığı;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
Müraciət üçün linkə keçid edə bilərsiniz : https://bit.ly/34Lrt3Y
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |