Bakı
27.05.2024
İşin təsviri
İş öhdəlikləri:
- Gömrükdə tranzit, idxal və ixrac bəyyannamələrinin tərtib edilməsi və yük müşayiət sənədlərin hazırlanması;
- Gömrükdəki iş prosesi üçün lazım olan sənədləri hazırlamaq və operativ prosesi idarə etmək.
- Gömrükdən keçən malları şirkət anbarına çatdırılmasını və təhvil verilməsinin təşkili;
- Gömrük və logistika xidmətləri üzrə müraciət edən müştərilərlə əlaqə qurmaq,
- Gömrük xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyaları yerinə yetirmək
- İş qrafiki: Həftəiçi 09:00-18:00; Şənbə 10:00 – 13:00
- İstirahət günü: Bazar.
Namizədə tələblər:
- Tranzit, idxal, ixrac yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Təhsil: Ali təhsilli və yaş həddi 20-25 (logistika üzrə təhsil üstünlük veriləcəkdir);
- Logistika və ixrac əməliyyatları sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək
- Gömrük məcəlləsi haqqında ümumi anlayış
- Dəqiq, məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığı;
- Xanım namizədlərə üstünlük veriləcək ve unsiyyətcil olması şərtdir
- Rus dilini bilmək üstünlük hesab ediləcək.
Qeyd: İş yeri Şıxov qəsəbəsində yerləşir. Bakı Baş Gömrük idarəsinin yaxınlığı
İş yerinə yaxın ərazidə yaşayanlara üstünlük veriləcəkdir
Əmək haqqı – müsahibə əsasında
Maraqlanan namizədlərdən yenilənmiş CV-lərini Gömrük bəyannamələrinin doldurulması və Broker başlığı ilə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |