Struktur bölmə: Maliyyə departamenti,Hesabatlılıq şöbəsi
Vəzifə: Hesabatlılıq şöbəsinin müdiri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 31 dekabr 2020
Vəzifə Öhdəlikləri:
– Şirkətin hesabatlılıq sisteminin dəqiqliyini və dolğunluğunu təmin etmək;
– Hesabatların tərtib edilməsi üçün istifadə edilən əməliyyat sistemi və digər rəqəmsal məlumat mənbələrinin dolğunluğunu və düzgünlüyünü təmin etmək;
– Şirkətin aşağıdakı mütəmadi hesabatlarının daxili qaydalarla razılaşdırılmış müddətdə təqdim edilməsini təmin etmək:
– Nəzarətedici orqanlara təqdim edilən aylıq və rüblük hesabatlar;
– Səhmdar, Direktorlar Şurası, Daxili komitələr və İdarə Heyətinə təqdim edilən dövri hesabatlar;
– Şirkət daxilindəki digər struktur bölmələrə təqdim edilən aylıq hesabatlar
– Kənar audit yoxlama prosesinə rəhbərlik etmək və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsini təmin etmək.
– Nəzarətedici orqan, Səhmdar, Direktorlar Şurası, Daxili komitələr, İdarə Heyəti və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılmasını təmin etmək.
– Hesabatlılıq tələblərinin daha çevik həyata keçirilməsi məqsədilə yeniliklər tətbiq etmək
Namizədə olan tələblər:
– İş təcrübəsi:Sığorta və ya Bank sektorunda Maliyyə idarəetməsi və Hesabatlılıq sahəsində ən azı 3 illik iş təcrübəsi.
– Təhsili/ixtisası:Maliyyə, mühasibatlıq, riyaziyyat ixtisasları üzrə bakalavr dərəcəsi.
– Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: əla;
– Üstünlüklər: Statistika üzrə biliklər. CFA proqramında üzvlük. SQL və PowerBI biliklərinin olması. Ən azı 1 il rəhbər vəzifədə çalışması (qrup rəhbəri və ya şöbə rəhbəri)
– Böyük dördlüyə daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 3 illik iş təcrübəsi;
– Böyük onluğa daxil olan audit şirkətlərində audit yoxlaması sahəsi üzrə 5 illik iş təcrübəsi.
– ACCA sertifikasiyası üzrə ən azı F səviyyəli imtahanlardan (F1-F9) uğurla keçilməsi və ya DipIFR sertifikasiyası.
– Kompüter bilikləri:Microsoft Office – Əla ( xüsusilə Microsoft Office Excel – Əla səviyyədə işləmə bacarığı)
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə.
İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Hesabatlılıq şöbəsinin müdiri” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |