02.12.2024
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının və konsolidə edilmiş hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Ay sonu və ilin sonuna bağlanma prosesinə dəstək olmaq
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
- Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
- Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
- ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
- Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
- Şirkətdə ERP-nin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum)- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası- Maliyyə, İqtisadiyyat
- İş təcrübəsi (minimum)- – Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri- Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri- Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
- Sertifikat/Vəsiqə – Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
- Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Nəticə yönümlülük Tabeliyindəki əməkdaşları idarə etmək
- Komanda ruhu Layihələri idarə etmək
- Kommunikasiya Riskləri idarə etmək
- Problem həll etmək Strateji düşünmək
- Dəyişikliklərə uyğunlaşmaq Prosesləri idarə etmək
- Data analitika Qərar qəbul etmək
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi qeyd edilmiş elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Hesabatlılıq və büdcə şöbə müdiri” qeyd etməyiniz xahiş olunur. [email protected]