13 C
Baku
Friday, November 15, 2024

Hesabatlıq şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Hesabatlıq şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
04.09.2020

Vəzifə: Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi olanlara üstünlük verilə bilər ;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
• Ünsiyyətcil və təşəbbüskar olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri

İŞİN TƏSVİRİ:

• Bankın müvafiq bölmələrinin, o cümlədən Banka nəzarət edən və onunla əməkdaşlıq edən təşkilatların (dövlət orqanlarının və s.) lazımi hesabat və arayışlarla təmin edilməsi;
• BKK-nın iclasında (və yaxud Kredit İdarəsində) müzakirəyə çıxarılacaq kredit sifarişlərinin təhlili.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi