Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi – Avromed Company QSC

    Bakı
    Posted 6 months ago

    Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.

    Şirkət Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.

    Hesabatlıq və büdcələmə şöbəsinin mütəxəssisi:

    – Şirkətin funksional vahidlərinin məlumatlarına əsasən büdcə tərtib edir və təqdim edilən büdcə təqdimatlarının mümkün risklərə məruz qalıb-qalmamaları baxımından yoxlama aparır və şöbə rəhbərliyi yarana biləcək potensial problemli sahələr barədə məlumatlandırır;
    – Məhdudiyyətlərin və nağd pul vəsaitlərinin təhlili əsasında büdcə formalaşması prosesini təmin edir;
    – Hesablaşma və bütövlülük baxımından yaranan nöqsanları öncədən aradan qaldırmaq üçün büdcə modelini nəzərdən keçirir;
    – Cari maliyyə fəaliyyəti üzrə aylıq və rüblük hesabatların hazırlanmasında iştirak edir;
    – Şirkətin bütün fəaliyyət sahələrində cari xərclərin azaldılması üzrə təhlillərdə iştirak edir;
    – Elektron cədvəllərdən istifadə etməklə maliyyə modellərini tərtibində iştirak edir;
    – Təhlilin nəticələrini ümumiləşdirərək PowerPoint təqdimatlar hazırlayır.məlumatların mütamadiliyini təmin edir.
    – Səmərəliliyin, proseslərin və məlumatların keyfiyyətinin artırılması yollarını axtarır, təkmilləşdirmə təşəbbüslərinin həyata keçirilməsini təmin edir.

    Tələblər:

    • Maliyyə və ya mühasibatlıq üzrə bakalavr təhsili.
    • Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi.
    • Peşəkar səviyyədə Microsoft office proqramlarını (xüsusilə Excel) bilməli;
    • Maliyyə hesabatlarının hazırlanması üçün 1C proqramından müvafiq məlumatların təmin edilməsi;
    • Maliyyə fəaliyyətinin təhlili və idarəedilməsi;
    • Beynəlxalq mühasibatlıqla bağlı sertifikatların (ACCA ) F2,F3 olması F7 üstünlükdür.

    Dil bilikləri:

    • Azərbaycan –Əla
    • İngilis dili – yazı əla, danışıq orta
    • Rus – tələb deyil, üstünlük verilir.

    Peşə bacarıqları:

    • Riyazi təfəkkür
    • Analitik düşünmə bacarığı və statistik göstəricilərin əldə edilməsi
    • Səbr, təmkin və detallara diqqət
    • Təzyiq altında işləmək qabiliyyəti
    • Güclü problem həlletmə və qərar qəbuletmə bacarıqları;

    Maraqlananlar CV-lərini “[email protected]” elektron poçt ünvanına 09.03.2021-ci il tarixinədək göndərə bilərlər.
    Elektron məktubun mövzu (subject, тема) hissəsində Maliyyə mütəxəssisi yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

    Job Features

    Job CategoryDigər şirkətlər

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.