10 C
Baku
Thursday, December 12, 2024

Hesablaşma hesabları üzrə mütəxəssis – Baku Bus

0
Hesablaşma hesabları üzrə mütəxəssis – Baku Bus
Bakı
15.09.2023

Öhdəliklər:

  • Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərin, iş və xidmətlərin yerinə yetirilməsini, mühasibat əməliyyatlarının uçotunu aparmaq.
  • Kassa və bank əməliyyatlarının, beynəlxalq köçürmələrin icra edilməsi.
  • Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək.
  • Müqavilələrdə qeyd olunmuş vergi əməliyyatları ilə bağlı bəndlərin, vergi və ödəniş şərtlərinin vergi qanunvericiliyinin tələblərinə uyğunluğununu yoxlamaq
  • Dövlət büdcəsinə məcburi ödəmələri, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təmin etmək
  • E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
  • ƏDV ilə işləmə bacarığı
  • E-portal proqramı ilə işləmək bacarığının olması

Tələblər:

  • İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • MS Excel yüksək səviyyədə
  • 1C ( 8.3)
  • Analitik düşünmə qabiliyyəti, cavabdehlilik və məsuliyyətlilik
  • Nəticəyönümlülük və punktuallıq;
  • İşi planlamaq bacarığı
  • Aktivlik və dəqiqlik
  • İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacaran
  • “ACCA” sertifikatlarının olması üstünlükdür

İş şəraiti:

  • İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
  • İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
  • Peşəkar, mehriban komandada iş
  • Professional və maddi artım üçün perspektiv
  • Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
  • Əmək haqqı: 1200 (bir min iki yüz) manat (net)
  • Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər