9 C
Baku
Thursday, December 12, 2024

Hesablaşmalar departamenti / aparıcı mütəxəssis – Express Bank

0
22.01.2020

Vəzifə: Hesablaşmalar departamenti / aparıcı mütəxəssis.

Vəzifə öhdəlikləri:

– Ödəniş sistemləri ilə iş;
– Ödənişlərin emalı (yığımı)
– Ödəniş sistemləri üzrə çıxarışların emalı;
– Günün sənədləri ilə iş;
– Ödəniş terminalları üzrə aparılan gündəlik əməliyyatlar nəticəsində yaranan hesablaşma faylların yüklənilməsinin təmini;
– Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklər üzrə nəzarətin aparılması;
– Şöbənin gündəlik əməliyyatları üzrə hesablaşma hesabatlarının hazırlanması və düzgünlüyünü təmin edilməsi;
– Ay ərzində aparılan bütün əməliyyatlar üzrə partnyorlar ilə üzləşmə sənədlərini və aktlarının hazırlanması;
– Şöbə üzrə hesabatların hazırlanması.

Tələblər:

– Ali iqtisadi təhsil;
– Müvafiq sahədə 1-2 il iş təcrübəsi;
– Azərbaycan, rus, ingilis dillərində sərbəst danışıq bacarığı;
– Mərkəzi Bankın normativ sənədlərinin tələbləri və bankdaxili qaydalar üzrə bilikər.
– Microsoft Office (Excel-yüksək səviyyədə) üzrə biliklər;

E – mail : [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi