24 C
Baku
Thursday, April 24, 2025

Hesablaşmalar departamentinin mütəxəssisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu

0
Hesablaşmalar departamentinin mütəxəssisi – Azərbaycan Respublikası Dövlət Neft Fondu
Bakı
03.04.2025

Vakansiyanın təsviri

  • İnvestisiya portfelinin daxili idarəetmədə olan aktivləri üzrə bağlanmış əqdlərin verifikasiyası və hesablaşmasını həyata keçirmək;
  • Xarici menecerin idarəetməsində olan portfellər üzrə əməliyyatların uçotunu aparmaq;
  • Müxbir və kastodial bankların, likvid fondların və törəmə şirkətlərin hesab qalıqlarını, kastodial banklardakı mövqeləri və onların bazar dəyərini tutuşdurmaq, uyğunsuzluqları aradan qaldırmaq;
  • İnvestisiya uçotu üzrə müfəssəl hesabatlar hazırlamaq və müvafiq struktur bölmələrə təqdim etmək;
  • Fondun daxili siyasət və prosedurlarına, eləcə də yerli və beynəlxalq maliyyə tənzimləmələrinə uyğun fəaliyyət göstərmək.

Xüsusi tələblər

  • Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
  • Bank əməliyyatları, mühasibatlıq və ya maliyyə sahəsində 1-2 il iş təcrübəsi. (Yüksək akademik nailiyyətləri olan yeni məzunlar da müraciət edə bilərlər);
  • Microsoft Office proqramları, xüsusilə Excel (Pivot Table) və PowerPoint üzrə yüksək səviyyəli biliklər;
  • İngilis dilini (yazılı və şifahi) səlis səviyyədə bilmək;
  • SWIFT sistemi üzrə biliklər arzuolunandır.

Aşağıdakı link üzrə keçid edərək işə qəbul sistemimiz vasitəsilə müraciət etməyinizi xahiş edirik. Müraciətlər elan müddəti boyunca davamlı olaraq nəzərdən keçiriləcəkdir. Tərəfimizdən yalnız tələblərə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.

Müraciətlər 15 aprel 2025-cü il tarixinədək qəbul edilir.

Müraciət üçün (CV): https://www.oilfund.az/fund/career-opportunities/vacancy-apply/68

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər