09.06.2023
Vakansiyanın təsviri
- XÖHKS, AZİPS, SWIFT sistemlərində işləmə bacarığı;
- Ödəniş sistemləri üzrə hesablaşmaların aparılması (Sürətli pul köçürmə sistemləri, Ödəmə terminalları, kart prosessinq, HÖP və s.), yazışmaların və araşdırmaların aparılması, hesabatların hazırlananması;
- Yerli və Xarici banklardan daxil olan ödənişlərin sistemə girişi;
- Gündəlik olaraq müxbir banklardan çıxarışları alınması, yoxlanılması və onlara müvafiq olan əməliyyatların icra edilməsi;
- İdxal/İxrac əməliyyatları üzrə DGK portal ilə işləmək, əməliyyatlara nəzarət etmək, müvafiq hesabatları hazırlamaq;
- İş Yeri: Bakı şəhəri
Xüsusi tələblər
- Ali təhsilli olmalı;
- İngilis və rus dili bilikləri olmalı;
- Microsoft office bilikləri olmalı;
- Bank sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
- Hesablaşmalar üzrə mövcud qanunvericiliyi bilməli;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti olmalı;
- Araşdırma bacarıqları və komandada işləmək bacarığıolmalı;
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |