9 C
Baku
Friday, March 1, 2024

Heyətin İdarə Edilməsi Departamentinə Rəhbər – Rifah Group

0
Heyətin İdarə Edilməsi Departamentinə Rəhbər – Rifah Group
Bakı
15.12.2021

Vəzifə öhdəlikləri:

  • Şirkət üzrə İnsan Resursları departamentinə aid ARƏM-ə uyğun olaraq bütün növ sənədlərin tərtib edilməsi və icrası (tələb olunan sənədlərin toplanması, işə qəbul, işdən azad, ezamiyyə, məzuniyyət, mükafatlandırılma, intizam tənbehi və s).
  • Xidmət göstərilən müəssisələrin işçilərini əmək qanunvericiliyinə əsasən işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi,vəzifə dəyişikliyi, mükafatlandırılması ilə bağlı prosedurların yerinə yetirilməsi;
  • Əmək qanunvericiliyin tələblərinə əsasən müvaviq əmrlərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında  müvafiq qeydlərin aparılması;
  • Namizədlərin cəlb edilməsi məqsədi ilə bütün şöbələrlə sıx işləyərək, işə qəbul və seçim prosesinin effektiv aparılması;
  • İşə qəbul olunmuş əməkdaşların adaptasiya prosesinin icrası;
  • İşçilərlə əmək müqavilələrin bağlanması, vəzifə təlimatlarının izahı, iş təsvirlərini hazırlanması
  • İstehsalat sahəsində əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası;
  • Biznesin təkamülü üçün müxtəlif fəaliyyətlər arasında kadr ehtiyyatlarının paylaşdırılmasını optimallaşdırmalı;
  • Resurslardan səmərəli istifadə və məqsədlərə nail olmaq üçün istifadə olunan siyasətləri, prosedurları və metodları hazırlamalı;
  • Müxtəlif texniki, peşəkar və hüquqi məsələlər üzrə yazışmalar aparıb hesabatlar hazırlamalı və təqdim etməli;
  • İllik İR büdcəsinin hazırlanmasına yardım etməli;
  • İş yerində araşdırmaların aparılması və faktların araşdırılmasında iştirak etmək; həll strategiyalarını tövsiyə etmək və həyata keçirmək;
  • Şirkətdə quruculuq işinin aparılması;

Tələblər:

  • Ali təhsil;
  • İnsan resursları/hüquq  sahəsində ən azı 5 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yüksək səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
  • Yüksək səviyyədə kompüter bacarıqları (MS Office proqramları)
  • 1C proqramında işləmək bacarığı;
  • Güclü ünsiyyət və danışıq qabiliyyəti;
  • Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dilini bilməyi arzuolunandır;
  • Komandada işləmək bacarığı;
  • Təzyiq altında və dəyişkən iş qrafik  ilə işləmək bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
  • İş yeri: Bakı şəh.N.Nərimanov r/n
  • İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində“Heyətin İdarə Edilməsi Departamentinə rəhbər” qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərsinlər.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər