15 C
Baku
Tuesday, November 19, 2024

Hüquq departamentinin aparıcı hüquqşünası – Nikoil Bank

0
04.07.2019

Hüquq departamentinin aparıcı hüquqşünası

Öhdəliklər:

• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasında iştirak etmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

Tələblər:

• Hüquq üzrə ali təhsil;
• Azərbaycan və rus dillərində danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır);
• Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində bilikləri, bank hüququ üzrə normativ xarakterli aktların tələblərini bilmək;
• MS Office proqramlarında işləmək bacarığı;
• Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin aparıcı hüquqşünası) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi

İşin aid olduğu sahə

KateqoriyaHüquq