8 C
Baku
Thursday, December 12, 2024

Hüquq departamentinin hüquqşünası – Nikoil Bank

0
Hüquq departamentinin hüquqşünası – Nikoil Bank
03.07.2019

Hüquq departamentinin hüquqşünası

Tələblər

•  Hüquq üzrə ali təhsil;
•  Azərbaycan və rus dillərində danışmaq və yazmaq (ingilis dili biliyi arzuolunandır);
•  Korporativ, kommersiya, mülki, vergi və əmək hüququ sahəsində baza bilikləri;
•  MS Office proqramlarında işləmək bacarığı;
•  Dürüstlük, dəqiqlik, intizamlılıq, effektiv ünsiyyət bacarığı, problem həll etmə qabiliyyəti, çeviklik və yaradıcılıq.

Öhdəliklər :

• Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək;
• Təlimat, Qayda və Prosedurların ekspertizasını həyata keçirtmək və rəy vermək;
• Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
• Bank daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
• Bankın maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək;
• Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanmasında iştirak etmək;
• Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
• Korporativ hüquq fəaliyyəti ilə bağlı olan təlimat, qayda və iş prosedurların layihəsini və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;
• Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata keçirmək, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Hüquq departamentinin hüquqşünası) qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaHüquq