19 C
Baku
Sunday, October 6, 2024

Hüquq işləri üzrə inzibatçı – Kontakt Home

0
Hüquq işləri üzrə inzibatçı – Kontakt Home
Bakı
27.04.2020

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Hüquq işləri üzrə inzibatçı

Tələblər:

• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək);
• Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməlidir;
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı

Vəzifələr:

• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Müvafiq məlumat bazası yaratmaq
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquq işləri üzrə inzibatçı” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər