23.01.2026
Vakansiyanın təsviri
- Normativ aktları hazırlamaq və ekspertizasını təşkil etmək;
- Bütün əqdlərin, müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hazırlanması və hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
- Korporativ fəaliyyət ilə bağlı daxili qayda, təlimat və iş prosedurları hazırlamaq və Fondun fəaliyyətinin müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğunu (komplayns) təmin etmək;
- Fondun fəaliyyətində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrini hazırlamaq, struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərmək, həmin sənədlərə dair hüquqi rəylər vermək;
- Korporativ idarəetmə ilə bağlı hüquqi məsləhətlər vermək;
- Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarını təklif etmək;
- Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Fondu təmsil etmək;
- Ehtiyac duyulduqda məhkəmə proseslərində Fondu təmsil etmək;
- Qanunvericiliyə edilmiş əlavələri izləyərək aidiyyatı struktur bölmələrini məlumatlandırmaq və Fondun fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək.
Xüsusi tələblər
- Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi arzuolunandır);
- Beynəlxalq sertifikatların olması arzuolunandır.
- Hüquq sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
- Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.
- Azərbaycan Respublikasının mülki qanunvericiliyini mükəmməl bilməli;
- Normayaratma və hüquqi ekspertiza bacarığı olmalı;
- Dövlət satınalmaları haqqında qanunvericiliyi mükəmməl bilməli;
- Qrantın verilməsi haqqında qanunvericiliyi mükəmməl bilməli;
- Şəhərsalma və tikinti sahəsində qanunvericiliyi bilməli;
- İnvestisiyalar haqqında qanunvericiliyi bilməli;
- Xarici ölkələrin qanunvericiliyini analiz etmə bacarığı olmalı;
- Hüquqi yazı və hüquqi analiz bacarığı olmalı;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır) olmalı;
- MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel proqramını mükəmməl bilməli) olmalı;
- Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;
- Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı olmalı;
- Təşkilatçılıq və layihələri idarə etmək bacarığı olmalı;
- Komandada işləmək bacarığı olmalı;
- Təqdimat bacarıqları olmalı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Hüquq |


