9 C
Baku
Sunday, December 1, 2024

Hüquq şöbəsinin baş mütəxəssisi – Qarabağ Dirçəliş Fondu

0
Hüquq şöbəsinin baş mütəxəssisi – Qarabağ Dirçəliş Fondu
Bakı
10.10.2024

Vakansiyanın təsviri

  • Normativ aktları hazırlamaq və ekspertizasını təşkil etmək;
  • Bütün əqdlərin, müqavilələrin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hazırlanması və hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;
  • Korporativ fəaliyyət ilə bağlı daxili qayda, təlimat və iş prosedurları hazırlamaq və Fondun fəaliyyətinin müvafiq qanunlara, normalara, qaydalara və peşəkar standartlara uyğunluğunu (komplayns) təmin etmək;
  • Fondun fəaliyyətində “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparmaq;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada və müəyyən olunmuş vaxt çərçivəsində cavablandırmaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrini hazırlamaq, struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərmək, həmin sənədlərə dair hüquqi rəylər vermək;
  • Korporativ idarəetmə ilə bağlı hüquqi məsləhətlər vermək;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və həlli yollarını təklif etmək;
  • Dövlət, bələdiyyə, müvafiq icra hakimiyyəti və digər dövlət orqanlarında Fondu təmsil etmək;
  • Ehtiyac duyulduqda məhkəmə proseslərində Fondu təmsil etmək;
  • Qanunvericiliyə edilmiş əlavələri izləyərək aidiyyatı struktur bölmələrini məlumatlandırmaq və Fondun fəaliyyətinin müvafiq qanunvericilik aktlarına uyğunluğunu təmin etmək.

Xüsusi tələblər

  • Hüquq sahəsində ali təhsil (magistr dərəcəsi mütləqdir);
  • Beynəlxalq sertifikatların olması arzuolunandır.
  • Hüquq sahəsində iş təcrübəsi – 5 il və ya daha artıq.
  • Azərbaycan Respublikasının Qanunvericiliyini mükəmməl bilməli;
  • Normayaratma və hüquqi ekspertiza bacarığı olmalı;
  • Xarici ölkələrin qanunvericiliyini analiz etmə bacarığı olmalı;
  • Hüquqi yazı və hüquqi analiz bacarığı olmalı;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel proqramını mükəmməl bilməli);
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
  • Ünsiyyət, kommunikasiya və netvorkinq bacarığı;
  • Təşkilatçılıq və layihələri idarə etmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Təqdimat bacarıqları.
Müraciət üçün (CV): https://qdf.gov.az/media-merkezi/vakansiyalar/11-Bash-mutexessis.html