11 C
Baku
Tuesday, November 5, 2024

Hüquq şöbəsinin müdiri – ArchiCO

0
Hüquq şöbəsinin müdiri – ArchiCO
Bakı
06.12.2023

İş yeri: Bakı şəhəri

Vəzifə öhdəlikləri:

  • Hüquq şöbəsinə rəhbərlik edir, bu sahədə təşkilati vəzifələri həyata keçirir, şöbənin əməkdaşları arasında iş bölgüsünü aparır və ona nəzarəti həyata keçirir.
  • Ümumi şöbənin fəaliyyətinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirir, həmin şöbənin işinin təşkilində və hesabatlarının hazırlanmasında iştirak edir və buna görə cavabdehlik daşıyır.
  • Şirkəti məhkəmə, hüquq mühafizə orqanlarında, dövlət qurumlarında və digər qurumlarda təmsil edir.
  • Qanun mahiyyətli və tələblərini rəhbər tutaraq iş müqavilələrin, əmək müqavilələrinin, tarif müqavilələrinin, xidmət müqavilələrinin bağlanması və icrası qaydasını, müasir informasiya texnologiyalarının istifadə etməklə hüquqi sənədlərinin sistemləşdirilməsi, uçotu və aparılması qaydası, əməyin təşkili istehsalat və əməyi mühafizəsi, istehsal və idarəetmənin əsasları, sənədlərin nümunəsinin (şablonun) işləyib hazırlanmasında iştirak edir.
  • Şirkətdə hazırlanmış əmrlər, təlimatlar, qaydalar, standartlar və digər hüquqi akların hüquqi ekspertiziyasını aparır, təsdiqləyir və lazım olduqda bu sənədlərin hazırlanmasında iştirak edir.
  • Müqavilələrin hüquqi ekspertiziyasını apararaq onu təsdiqləyir və lazım olduqda bu sənədlərin hazırlanmasında iştirak edir.
  • Şirkətin maraqlarına zidd dövlət və ictimai təşkilatların həmçinin məhkəmə aktlarından şikayət verir.
  • Mənimsənilmə, israfçılıq, çatışmazlıq, keyfiyyətsiz, standartdan kənar, komplektləşdirilməmiş məhsul buraxılması və başqa qanun pozuntuları haqqında istintaq və məhkəmə orqanlarına verilməsi üçün istehsalatda olan sənədləri hazırlayır, icrası qurtarmış məhkəmə, işlərinin hesabını və mühafizəsini aparır.
  • Məhkəmə işlərində iddiaların baxılmasının nəticələrini ümumiləşdirir və təhlil edir, eləcə də aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması haqqında müvafiq təkliflərin işlənib hazırlanması məqsədi ilə, müqavilələrin bağlanılması və yerinə yetirilməsi təcrübəsini öyrənir.
  • Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirir.
  • İddialara cavab hazırlamaq üçün arayışın, hesabatın, izahat və başqa materialların vaxtında verilməsinə nəzarət edir.
  • Başqa bölmələrlə birgə təşkilatlarda verilmiş əmr və digər normativ aktlara dəyişikliklər edir və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlayır.
  • Texniki vasitələrdən istifadə etməklə qanunvericilik və normativ aktlar, sorğu-məlumat işini eləcə də qüvvədə olan qanunvericilik və başqa normativ aktları, onlara edilmiş əlavələri, dəyişiklikləri və ya onların ləğv olunması haqqında qeydiyyatlar aparır.
  • Təşkilatın fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, daxil olan normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında, eləcə də təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Qanunun tətbiqi üzrə iş aparır.
  • Rəhbərlik tərəfindən verilən digər öhdəliklərin yerinə yetirir.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • Hüquqi fəaliyyətə aid olan hüquq işini, metodiki, normativ və digər aidiyyatı qaydaları.
  • Müvafiq sahədə 5 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
  • MS Office və aidiyyəti üzrə kompüter proqramları ilə işləmək bacarığı;

CV-lərinizi e-mail ünvanına “Hüquq şöbəsinin müdiri” başlığı ilə göndərməyiniz xahiş olunur. 

İşin aid olduğu sahə

KateqoriyaHüquq