18 C
Baku
Saturday, November 2, 2024

Hüquq Şöbəsinin Rəhbəri – Resant Group

0
Hüquq Şöbəsinin Rəhbəri – Resant Group
Bakı
19.01.2024

Üstünlüklərimiz:

  • Mehriban Komanda;
  • Rəqabətədavamlı Əmək Haqqı;
  • AR Əmək Qanunvericiliyinə uyğun Rəsmiləşmə;
  • Şəhərin Mərkəzində Ofis;

İş barədə məlumat:

  • Şöbənin fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
  • Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunun təmin edilməsi;
  • Mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqinə nəzarətin həyata keçirilməsi;
  • Müvafiq əsasnamə, qayda, təlimat, əmr, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Hüquqi məsələlər üzrə dövlət orqanları ilə qarşılıqlı münasibətlərin təşkil olunması, müvafiq müraciətlərə hüquqi rəyin verilməsi;
  • Yaranan mübahisələrin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına dair tədbirlərin görülməsi üçün təkliflərin verilməsi;
  • Məhkəmə və icraat işlərinin hüquqi təminatına nəzarətin həyata keçirilməsi;
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı daxili qaydalarının hazırlanması;

Namizədə tələblər:

  • Ali hüquq təhsil;
  • Hüquq sahəsində 5 ildən yuxarı iş təcrübəsi, o cümlədən 2 ildən yuxarı idarəetmə təcrübəsi;
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Hüquq şöbəsinin rəhbəri) qeyd etməklə göndərmələri xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq