-1 C
Baku
Sunday, December 15, 2024

Hüquq və uyğunluq üzrə böyük hüquq məsləhətçisi – SOCAR Downstream Management

0
Hüquq və uyğunluq üzrə böyük hüquq məsləhətçisi – SOCAR Downstream Management
Bakı
14.05.2024

Vəzifənin məqsədi:

SDM-in və SDM-in idarəetməsinə verilmiş müəssisələrin (bundan sonra  SDM ilə birlikdə – tək halda – “Müəssisə”, cəm halda – “Müəssisələr”) fəaliyyətinin qanunvericiliyə uyğun təşkil edilməsində iştirak etmək, hüquq və maraqlarını qorumaq, icrası məcburi qərarların (məhkəmə və icra orqanların qərarları) icrasında, hüquqi  xarakterli sənədlərin hazırlanmasında, sənəd layihələrinin qanunauyğunluğunun yoxlanılmasında, eləcə də Müəssisələrin fəaliyyəti ilə əlaqədar yaradılan komissiyaların, işçi qrupların işində iştirak etmək

Vəzifə öhdəlikləri:

  • Hüquq və uyğunluq üzrə  böyük hüquq məsləhətçisi – Hüquq və uyğunluq üzrə hüquq məsləhətçinin vəzifə borcundan (öhdəliklərindən) əlavə olaraq aşağıdakı vəzifə borcu (öhdəlikləri) vardır:
  • Xətti rəhbərin göstərişi əsasında Müəssisələrin təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədlər paketini hazırlamaq və aidiyyəti üzrə dövlət qrumuna təqdim etmək;
  • Xətti rəhbərin göstərişinə əsasən Müəssisənin fəaliyyətində qanunvericiliyin tədbiqi ilə bağlı təqdimatlar və arayışlar hazırlamaq;
  • Öz vəzifə səlahiyyətləri çərçivəsində/daxilində Müəssisənin fəaliyyətinə aid olan normativ aktlar ilə qüvvədə olan qanunvericiliyə dəyişikliklərlə təsisçi(ləri)/idarəetmə orqanı (xətti rəhbərin göstərişi ilə), komitələri, komissiyaları, struktur bölmələri/disiplinləri, əməkdaşları tanış etmək, carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə dair rəy vermək;
  • Müəssisənin aidiyyəti struktur bölməsi tərəfindən Müəssisənin mülkiyyət, istifadə və digər hüquqlarını (daşınar və daşınmaz əmlak, patentlər və s.) müvafiq qaydada dövlət qeydiyyatına alınması işinə (texniki sənədlər istisna olmaqla, hazırlanmış sənəd paketlərinə hüquqi rəy vermək) dəstək göstərmək;

Tələblər:

  • Azərbaycan Respublikasının ali təhsil müəssisəsində hüquqşünaslıq ixtisası üzrə magistr, bakalavr və ya orta ixtisas təhsilli hüquqşünas diplomuna və ya xarici dövlətdə təhsil sahəsində  hüquqşünas ixtisas və dərəcə üzrə alınmış sənədin Azərbaycan Respublikasında tanınmasına (Nostrifikasiya) dair sənədə sahib olmaq.
  • Magistr dərəcəsi olan üçün – tələb olunmur;
  • Bakalavr dərəcəsi olan üçün – 1 ildən az olmamaqla hüquqşünas (hüquq məsləhətçisi) stajına malik olmaq;
  • Hüquqşünas diplomu (orta ixtisas üzrə) olan üçün – 5 ildən az olmamaqla hüquqşünas (hüquq məsləhətçisi) stajına malik olmaq.
  • Mövcud qanunvericiliyin tələblərini bilmək, məhkəmələrdə müəssisəni sərbəst təmsil etmə səriştəliyinə malik olmaq, gərgin iş qrafikinfdə işləməyi bacarmaq.
  • Analitik və çevik qərarlar qəbul etmək bacarığı
  • Tabe olduğu rəhbərlərin qanuni göstərişlərinin icrasını vaxtında təmin edilməsini bacarmaq
  • Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmağı bacarmaq.
  • Kompüterdə (Word, Excel, Power Point, Access, Outlook, Internet və s.) işləməyi bacarmaq.
  • Azərbaycan dilini mükəmməl  bilmək. Rus və ingilis dillərini sərbəst ünsiyyət və yazışmaq səviyyəsində  bilmək arzuolunandır.

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Hüquq və uyğunluq üzrə böyük hüquq məsləhətçisi” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         [email protected]

Son müraciət tarixi: 20.05.2024 

İşin aid olduğu sahə

KateqoriyaHüquq