10 C
Baku
Thursday, December 12, 2024

Hüquqi Şəxslərə Satış sektorun Müdiri – Aztelekom

0
Hüquqi Şəxslərə Satış sektorun Müdiri – Aztelekom
Bakı
10.05.2023

İş barədə məlumat:

  • Telekommunikasiya məhsullarının hüquqi şəxslərə satışı üzrə şirkət strategiyasının həyata keçirilməsi;
  • B2B sahəsi üzrə bütün satış fəaliyyətlərini əlaqələndirmək, idarə etmək və rəhbərlik etmək;
  • Korporativ müştərilərin cəlb olunması və mövcud müştərilərin şirkətdə saxlanmasının təmin edilməsi;
  • Müəyyən olunmuş sahə və müştəri qrupları üzrə təyin olunmuş vaxt çərçivəsində satış hədəflərinin icra edilməsi;
  • Müştəri məlumat bazasının yığılması və davamlı təkminləşdirilməsi;
  • Potensial müştərilərə satış təqdimatlarının hazırlanması və təqdim edilməsi;
  • Həftəlik və aylıq satış fəaliyyəti haqqında hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Müştəri profilinin inkişaf etdirilməsi məqsədilə xüsusi (ad-hoc) və ümumi bazar araşdırmalarının aparılması;

Tələblər:

  • Kommersiya sahələri üzrə ali təhsil;
  • Korporativ satış sahəsində ən az 2 il iş təcrübəsi (Telekommunikasiya, korporativ satış üzrə iş təcrübəsi üstünlük hesab olunur);
  • Yüksək səviyyədə Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir);
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı;
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı;
  • Analiz, problemlərin həlli və qərarvermə bacarağı;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Hüquqi şəxslərə satış sektorun müdiri” qeyd etməklə elektron ünvanına 08.06.2023 tarixinədək göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İT