8 C
Baku
Sunday, December 1, 2024

Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi – “Bank Avrasiya” ASC

0
13.02.2019

“Bank Avrasiya” ASC

Vəzifə: Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi

Namizədlər üçün irəli sürülən tələblər:

İqtisadiyyat üzrə ali təhsil

Xidmət sahəsində ən azı 1 il iş stajı

Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək

İngilis dilini yaxşı səviyyədə bilmək

MS Office proqramlarının sərbəst şəkildə işləmək bacarığı

Korporativ davranış normalarını bilmək
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq 
Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

  • Hüquqi şəxslərə və fərdi sahibkarlara onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların açılmasını, bu hesablar üzrə əməliyyatların aparılmasını təmin etmək;
  • Mövcud müştərilərlə əməkdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni korporativ müştəriləri banka cəlb etmək; 
  • İri korporativ müştərilərə bütün növ bank məhsullarının və xidmətlərinin satışını təmin etmək; 
  • Vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların icrasını təmin etmək;
  • Müştərilərə xidmət işinin təkmilləşdiriməsinə və inkişafına dair təkliflər vermək.

CV-ni göndərərkən email-ın mövzu hissəsində Hüquqi şəxslərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

 Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected]  ünvanına göndərəsiniz və ya ONLAYN CV doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində vakant olan vəzifəni qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

İşin aid olduğu sahə

KateqoriyaHüquq