Hüquqşünas
Əsas vəzifə və öhdəlikləri
– Bankın əməkdaşları üçün qanunvericilik məsələləri üzrə mühazirələrin aparılması
– Qanunvericiliyin tətbiqi ilə bağlı sorğuların cavablandırılması və ya aidiyyəti üzrə həmkarlarına yönləndirilməsi
– Banka daxil olmuş müraciətlərin, sorğuların araşdırılmasında və cavablandırılmasında iştirak edilməsi
– Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası
– Bankın tərəfdaşları ilə bağlanan müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi
– Müvafiq struktur bölmənin sorğusu əsasında hüquqi şəxslərin kreditləşdirilməsi üzrə kredit və təminat sənədlərinə dair hüquqi rəyin verilməsi
– Tərəfdaşlar və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi
– Bank daxilində müəyyən edilmiş etik davranış qaydalarına riayət etmək, digər əməkdaşlara qarşı diqqətcil olmaq, onların mənafeyinə xələl gətirə biləcək hərəkətlərə yol verməmək, onlarla mehriban və səmimi münasibət saxlamaq
– Bankın korporativ maraq və işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməmək
– Öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək
Vəzifə üzrə tələblər:
– Ali hüquq təhsili
– Peşə istiqaməti üzrə 2- 3 (iki – üç) il, o cümlədən bank sahəsində 1 – 2 (bir-iki) il iş təcrübəsi
– Mülki qanunvericilik, o cümlədən bank qanunvericiliyi sahəsində nəzəri və praktik biliklər, digər qanunvericilik sahələri (mülki prosessual, əmək) üzrə nəzəri biliklər
– Azərbaycan dilini mükəmməl, ingilis və ya rus dilini yaxşı bilmək
– Komputer texnikası ilə işləmək bacarığı
– Kollektivdə işləmək bacarığı
– Tabelik münasibətlərində işləmək bacarığı
– Analitik və yaradıcı düşüncə
– Dəqiqlik və məsuliyyətlilik
– Ünsiyyətcillilik və güclü inandırma bacarığı
– Problemləri vaxtında müəyyən etmək və onlardan effektiv çıxış yollarını tapmaq bacarığı
– İşdə təşəbbüskar və yenilikçi yanaşma
– Daimi özünüinkişaf və təkmilləşdirmə
– Rəsmi-işgüzar üslubda yazışmalar həyata keçirmək bacarığı
Vəzifə tələblərinə uyğun gələn namizədlər öz CV-lərini [email protected] elektron poçtuna “Hüquqşünas” başlığı ilə göndərə bilərlər. Yalnız CV-ləri vakansiyaya uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, Hüquq |