Bakı
25.10.2024
Əmək funksiyası;
- Müəssisədə kargüzarlıq işinin qanunvericiliyin tələbinə uyğun təşkil olunmasına hüquqi dəstək;
- Müəssisədə kadr işinin qanunvericiliyin tələbinə uyğun təşkil olunmasına hüquqi dəstək;
- Əmək mübahisələri üzrə mediasiya təkliflərinin, mediasiya sorğularının və iddia ərizələrinin prosessual qanunvericiliyin tələbinə uyğun hazırlanması;
- Korporativ hüquq məsələləri üzrə hüquqi dəstək verilməsi;
- Hüquqi risklərin qiymətləndirilməsi və minimuma endirilməsində iştirak, Şirkətin maraqlarını qorumaq üçün zəruri hüquqi tədbirlərin həyata keçirilməsi;
- Müəssisənin fəaliyyəti üzrə tələb olunan hüquqi təsdiqedici və ya əqli mülkiyyət üzrə sənədlərin alınması üçün vaxtında müraciət edilməsi (patent, əmtəə nişanı, sertifikat, icazalər və s.) və həmin sənədlərin alınması;
- Əmlak münasibətlərinin tənzimlənməsində hüquqi dəstək;
- Müqavilələrin, sazişlərin və onlara əlavə və dəyişikliklərin hazırlanması, layihələrin hüquqi ekspertizası, o cümlədən onların Azərbaycan Respublikasının qanunvericiliyinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara və Şirkətin mənafeyinə, habelə daxili qaydalara uyğun tərtib olunması;
- Müqavilə münasibətləri üzrə öhdəliklərdən yayınma halları baş verdikdə zəruri hüquqi müdaxilələrin edilməsi;
- Müəssisənin digər şöbələrinin fəaliyyətinin, habelə dövriyyədə olan sənədlərin mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi dəstəyin verilməsi, idxal-ixrac əməliyyatlarının qanunvericiliyin tələblərinə müvafiq aparılmasının təmini;
- Müqavilə münasibətləri üzrə öhdəliklərdən və ya müqavilədən kənar öhdəliklərdən yaranan mübahisələr üzrə pretenziyaların, iddia ərizələrinin qanunvericiliyin tələbinə uyğun hazırlanması;
- Hüquq məsələləri üzrə birbaşa rəhbər tərəfindən vaxtaşırı verilə biləcək digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (Hüquqşünaslıq);
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli
- Müvafiq sahə üzrə min. 1 il təcrübə
- MS office bilməli
- Məsuliyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü olmaq;
İş şəraiti:
- Əmək haqqı razılaşma yolu ilə;
- 5 günlük iş rejimi
- Qidalanma şirkət tərəfindən qarşılanır