Vəzifə : Hüquqşünas
İşəgötürən: «Azərikard» MMC
Təhsil: Ali
İş təcrübəsi: ən azı 3 il
Tələblər:
– Ali təhsil (hüquq sahəsi üzrə);
– Dillər: Azərbaycan dili (sərbəst), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
– Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
– Yüksək icraçılıq bacarığı;
– Korporativ hüquq və bank sahəsi üzrə təcrübə arzuolunandır.
Vəzifələr:
– Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
– Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
– Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
– Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması;
– İclaslar üzrə Protokolların hazırlanması;
– Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
– Daxil olan sorğuların cavablandırılması;
– Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
– Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma;
– Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Hüquqşünas” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |