Bakı
09.04.2024
Tələblər:
- Ali hüquq təhsili;
- Dillər: Azərbaycan dili səlis, rus və ingilis dilləri yaxşı;
- Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
- Əməkdaşlıq, məsuliyyətlilik, düzgün analiz bacarıqları, təşəbbüskarlıq, planlaşdırma və təşkiletmə bacarıqları;
- Korporativ hüquq sahəsi üzrə təcrübə;
- Minimum 2 il iş təcrübəsi
Vəzifə:
- Sənəd və müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması, müqavilələrə hüquqi rəylərin verilməsi, öhdəliklərin müəyyən və analiz edilməsi, nəzarət mexanizminin həyata keçirilməsi;
- Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
- Qanunvericilikdə baş verən yeniliklər üzrə əlavə və dəyişikliklərə dair qanunvericilik buraxılışlarının hazırlanaraq təqdim edilməsi;
- Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Şirkətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi;
- Tapşırığa uyğun olaraq Şirkətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda hüquqi arayış və məlumatların hazırlaması;
- İclaslar üzrə Protokolların hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Daxil olan müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə cavablandırılmasının təşkili;
- Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili;
- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək.
Namizədlərdən CV-i “Hüquqşünas” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |