Bakı
31.10.2025
Vakansiyanın təsviri
- Mülki müqavilələrin layihələrini hazırlamaq, kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrinin qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müqavilə layihələri üzrə yarana biləcək ixtilafların həlli üçün müvafiq tədbirlər görmək;
- Notariat təsdiqi və ya digər növ müqavilələrin dövlət qeydiyyatını təmin etmək;
- Zəruri hallarda əmək münasibətləri ilə bağlı işçilərin işdən azad olunması və ya digər vəzifəyə keçirilməsi prosesində iştirak etmək;
- İşçilərin üzərinə inzibati cərimələrin qoyulması zamanı qanunvericiliyə uyğunluğun təmin edilməsində İnsan Resursları rəhbərinə dəstək vermək;
- Şirkət əməkdaşlarına hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhət vermək, hüquqi sənədlərin hazırlanmasında kömək göstərmək;
- Məhkəmə mübahisələrinin hüquqi nöqteyi-nəzərdən həlli üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və s.);
- Təşkilatın bütün siyasət və prosedurlarının tələblərinə riayət etmək və onların yerinə yetirilməsini təmin etmək;
- Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Rəhbərliyə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və digər hüquqi sənədlərin layihələrinin qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Xüsusi tələblər
- Hüquq üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst, Rus və İngilis dilini yaxşı səviyyədə bilmək;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook) – yaxşı səviyyədə;
- Analitik düşüncə və güclü təhlil qabiliyyəti;
- İşin planlaşdırılması və təşkil edilməsi bacarığı;
- Detallara diqqət, davamlı öyrənməyə və inkişaf etməyə meyillilik.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
| Kateqoriya | Hüquq |


