13 C
Baku
Friday, November 15, 2024

Hüquqşünas – Aztelekom

0
Hüquqşünas – Aztelekom
Bakı
31.08.2020

“Aztelekom” MMC hazırda Gəncə Telekommunikasiya İdarəsinə Hüquqşünas vəzifəsi üzrə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəlikləri:

• Müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi təminatının həyata keçirir, normativ sənəd bazasının hazırlayır, zəruri dəyişiklikləri edir;
• Məhkəmə, icra və probasiya, hüquq mühafizə və digər orqanlarda İdarənin (o cümlədən Cəmiyyətin) mənafeyinin etibarlı müdafiəsini təmin edir;
• Hüquqi mübahisələr üzrə iddia ərizələrini, məhkəmə aktlarından apelyasiya və kassasiya şikayətlərini hazırlayır, o cümlədən, pretenziya məktublarının, iddia ərizələrinə etirazların, məhkəməyə vəsatətlərin, məhkəməyə və digər orqanlara müraciətlərin (ərizə, şikayət, sorğu) hazırlanmasını təmin edir;
• Daxil olan ərizələrə, şikayətlərə baxır və vəzifə funksiyaları çərçivəsində araşdırır və nəticəsini aidiyyəti üzrə təqdim edir və vəzifə öhdəliklərinə əsasən ona verilmiş tapşırıqları keyfiyyətlə icra edir;
• Rabitə xətlərində baş vermiş zədələnmə, qırılma, inzibati xəta və ya cinayət xarakterli digər əməllərin qarşısının alınması, o cümlədən rabitə xətlərinin mühafizə zonalarında qanunsuz işlərin aparılmasının qarşısının alınması məqsədilə hüquqi tədbirləri həyata keçirir;
• Rabitə qaydalarının əleyhinə olan inzibati hüquq pozmalara dair görülmüş işləri mütamadi olaraq təhlil edir, nəticələri barədə rəhbərliyə arayış hazırlayır;
• Görmüş olduğu işlərə dair tələb olunan hesabatları hazırlayaraq, İdarənin və Cəmiyyətinin rəhbərləyinə, o cümlədən Cəmiyyətin hüquqi tənzimləməni həyata keçirən struktur bölməsinə təqdim edir;
• İdarənin işçi və işəgötürən arasında mövcud olan münasibətlərinin hüquqi tənzimlənməsini, o cümlədən İdarənin tərəf olduğu müqavilələrə hüquqi rəyin verilməsini və ya müqavilə layihələrinin hazırlanmasını təmin edir;
• Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə uyğunluğunu və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
• Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

• Ali hüquq təhsili;
• Azərbaycan Respublikasının Konstitusiyasını bilməlidir;
• Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununu bilməlidir;
• Mülki, mülki prosessual, cinayət, cinayət prosessual, inzibati xətalar, inzibai prosessual qanunvericiliyini bilməlidir;
• İşgüzar yazışma əsaslarını bilməlidir;
• Peşəkar ünsiyyət psixologiyasını bilməlidir;
• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməlidir;
• Azərbaycan dilini mükəmməl (yazılı və şifahi) bilməlidir;
• Sahasinə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
• Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri bilməlidir;
• Kompüter bilikləri üzrə: MS Office word və outlook proqramlarını mükəmməl bilməlidir.

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət qurmaq bacarığı;
• Komandada işləmək bacarığı;
• İşə planlı yanaşma bacarığı;
• Öz üzərində daima çalışmalı.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Gəncə şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları.

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Gəncə Hüquqşünas) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected] e-ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaHüquq