Hüquqşünas (Bərdə Filialı üzrə) – MKT İstehsalat Kommersiya MMC

    Bərdə
    Posted 2 months ago

    Hüquqşünas (Bərdə Filialı üzrə)

    MKT-İK MMC (Pambıq müəssisəsi) Hüquqşünas vakansiyası üzrə işçi axtarır.

    Vəzifə funksiyaları

    1. İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
    2. Məhkəmə proseslərində təmsilçilik;
    3. Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
    4. Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
    5. Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
    6. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
    7. Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
    8. Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar təqdim etmək, onların göstərişlərini icra etmək.

    Tələblər

    • 25-45 yaş arası;
    • Azərbaycan dilini mükəmməl bilmək;
    • Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
    • Mülki, iznibati,əmək və icra , o cümlədən prosessual qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
    • Dövlət orqanları ilə iş bacarığı;
    • Komandada işləmək bacarığı.

    İş qrafiki: 6 günlük, I – V günlər 09:00-17:00, Şənbə günü 09:00-15:00.

    Müraciət qaydaları:

    CV–ni Azərbaycan dilində [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Hüquqşünas (Bərdə Filialı üzrə)” yazmaqla göndərilir.

    Job Features

    Job CategoryHüquq

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.