17 C
Baku
Sunday, October 6, 2024

Hüquqşünas – Bakı Taksi Xidməti

0
Hüquqşünas – Bakı Taksi Xidməti
Bakı
04.10.2024

Namizədə tələblər:

  • Hüquq üzrə ali təhsil;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili -yüksək səviyyədə, rus dili və ingilis dili -arzuolunandır;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi.
  • Müvafiq sahə üzrə minimum 1il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Məhkəmələrdə, ictimai və dövlət idarələrində şirkətin maraqlarının qorunması və təmsil edilməsi;
  • Aidiyyatı orqanlara sorğu və müraciətlər göndərmək, daxil olmuş müraciətləri cavablandırmaq;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya şikayətləri, etirazlar, vəsatətlər, qərardaddan şikayətlər və s.) hazırlaması;
  • Şöbənin fəaliyyəti ilə əlaqədar digər tapşırıqların yerinə yetirilməsi.
  • İş yeri: “Bakı Taxi” MMC
  • İş qrafiki (I-V günlər 09:00-dan 18:00-dək)
  • Əmək haqqı:600-700 AZN

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq