27 C
Baku
Saturday, July 27, 2024

Hüquqşünas (dövlət orqanları ilə hüquq münasibətləri üzrə inzibatçı) – Kontakt Home

0
Hüquqşünas (dövlət orqanları ilə hüquq münasibətləri üzrə inzibatçı) – Kontakt Home
16.01.2020

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Hüquqşünas (dövlət orqanları ilə hüquq münasibətləri üzrə inzibatçı)

Tələblər:

• Ali Hüquq təhsili;
• Dil bilikləri (arzuolunandır);
• Hüquqşünas ixtisası üzrə iş təcrübəsi- minimum 3 il;
• Dövlət orqanları, xüsusilə də hüquq mühafizə orqanları ilə işləmək bacarığı;
• Hüquq mühafizə orqanlarında işləmiş və ya təcrübə keçmiş şəxslərə üstünlük veriləcək;
• Office proqramlarında işləmək bacarığı;
• Loyallıq, məsuliyyətlilik.

Vəzifələr:

• Hüquq mühafizə orqanları ilə işləmək, bu orqanlarda şirkəti nümayəndə qismində təmsil etmək və hüquqlarını müdafiə etmək;
• Məhkəmədə şirkəti iddiaçı, cavabdeh və ya üçüncü şəxs qismində təmsil etmək;
• Vətəndaş müraciətlərinə baxmaq və onları yazılı və ya şifahi formada cavablandırmaq;
• Müxtəlif idarə, müəssisə və təşkilatlar qarşısında şirkəti təmsil etmək, hüquqlarını müdafiə etmək.
• Digər hüquqi fəaliyyətlər.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Əmək haqqı: 1000 – 1200 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Hüquqşünas (dövlət orqanları ilə hüquq münasibətləri üzrə inzibatçı)” yazaraq CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaHüquq